Yazını böyüt
Yazını kiçilt
İranda ötən sutka ərzində 238 nəfər koronavirusdan (COVID-19) ölüb.
Hafta.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 121347 nəfərə yüksəlib.
İranda ötən sutka ərzində 14607 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 5638735 nəfərə çatıb.