İranda PUA-ların iştirakı ilə təlim keçiriləcək

22:59 23.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda 24 avqustda pilotsuz uçuş aparatlarının iştirakı ilə hərbi təlim keçiriləcək.

İsfahan əyalətinin Ənarək bölgəsində keçiriləcək təlimdə müxtəlif hərbi bazalardan 150-dən çox PUA iştirak edəcək.

Təlimlər 1000 kilometrə qədər məsafəni əhatə edəcək.

Manevrlərdə düşmən təyyarələrini aşkarlayan “Omid” antiradar pilotsuz təyyarəsi də iştirak edəcək.

Təlimdə məqsəd pilotsuz təyyarələrin döyüş qabiliyyətini yoxlamaq və onlara qarşı mübarizə sistemlərini qiymətləndirməkdir.