İranda son sutkada 105 nəfər koronavirusdan ölüb

15:27 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İranda ötən sutka ərzində 105 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 128 272 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 7 494 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 045 212 nəfərə çatıb.