İranda temperatur 50 dərəcəni aşır, bu gündən 2 günlük tətil elan edildi

12:00 02.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranda havaların həddindən artıq isti keçməsi ilə əlaqədar 2-3 avqust tarixlərində ölkə üzrə bütün müəssisələrin məzuniyyətə buraxılması qərara alınıb.

Hafta.az-ın yazdığına görə, İran hökumətinin sözçüsü Əli Bahadori Çehromi Twitter hesabında verdiyi açıqlamada, “Bu günlərdə misli görünməmiş istilər səbəbindən vətəndaşların sağlamlığını qorumaq üçün Səhiyyə Nazirliyinin təklifi ilə ölkənin bütün ərazisində çərşənbə və cümə axşamı günləri tətil olacaq” bildirib.

Son həftələrdə həddindən artıq isti havanın təsirli olduğu İranda sabah ölkənin cənub-qərbindəki bəzi şəhərlərdə temperaturun 51 dərəcəyə çatacağı təxmin edilir. Tehranda isə 40 dərəcə isti gözlənilir.

İranın səhiyyə naziri Bəhram Eynullahi hökumətə təklif edib ki, temperatur 40 dərəcədən yüksək olan bölgələrdə həftə sonu tətil elan edilsin.