İranın İsrailə cavabı hücumun hədəflərindən asılı olacaq - NYT

15:20 25.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran İsrailin mümkün zərbəsinə cavab vermək üçün müxtəlif variantları nəzərdən keçirir. Tehranın hərəkətləri yəhudi dövlətinin hücum üçün seçdiyi hədəflərdən asılı olacaq. Bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

İranın ali dini lideri Ayətullah Əli Xamenei orduya İsrailin hücumuna onun ölçüsündən asılı olaraq cavab vermək üçün çoxsaylı planlar hazırlamağı əmr edib. Ciddi dağıntılara və çoxlu itkilərə səbəb olarsa, İran cavab verəcək. Nəşrin mənbələri bildirir ki, yəhudi dövləti bir neçə hərbi bazaya və anbarlara raket və pilotsuz təyyarələrlə hücum etməklə kifayətlənərsə, Tehran buna cavab olaraq heç nə edə bilməz. Onlar qeyd ediblər ki, İranın neft və enerji infrastrukturuna, nüvə obyektlərinə hücum, eləcə də yüksək rütbəli məmurların öldürülməsi halında cavab tədbirləri qaçılmaz olacaq.

Qəzetin yazdığına görə, Tehran mümkün tədbirlər arasında minə yaxın ballistik raket atmağı, İranın regiondakı müttəfiqlərinin hücumlarını gücləndirməyi, Fars körfəzi və Hörmüz boğazında qlobal enerji təchizatını və gəmiçiliyi dayandırmağı düşünür.
“The New York Times” əlavə edir ki, İsrailin potensial zərbəsi ərəfəsində İran ordusuna müharibəyə hazır olması bildirilib, lakin Tehran da bundan qaçmağa çalışır.

Ləman