İran Məclisinin (parlament) keçmiş üzvü və tanınmış qadın haqları fəalı Faezeh Haşimi-Rəfsəncani hökumət əleyhinə etirazları qızışdırdığına görə bazar ertəsi beş il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “Fars Haber” xəbər portalına onun vəkili Nida Şəms məlumat verib.
Onun sözlərinə görə, İslam Respublikasının eks-prezidenti Haşimi-Rəfsəncani (1934-2017) sentyabrın 27-də həbs edilərək Evin həbsxanasına aparılıb. "Müvəkkilim birinci instansiya məhkəməsi tərəfindən sakinləri nümayişə təhrik etdiyinə görə beş il müddətinə azadlıqdan məhrum edilib" deyib Şəms. “Biz qanuni müddət ərzində bu qərardan şikayət verməyə çalışacağıq”. İran ədliyyəsi həmçinin 60 yaşlı fəalı “ölkənin təhlükəsizliyinə qarşı sui-qəsddə və mövcud hökumət sisteminə qarşı təbliğatda” ittiham edib.