İranın bir sıra şəhərlərində havanın ifrat dərəcədə çirklənməsi səbəbindən məktəblər bağlanacaq və dərslər onlayn şəkildə keeçiriləcək.
Hafta.az-ın Mehr Xəbər Agentliyinə istinadən yazdığına görə, bu barədə Tehran valisinin müavini Mir Məhəmməd Qərəvi məlumat verib.
Qəravi, "Tehran Havanın Çirklənməsi Fövqəladə Komitəsi hava çirkliliyinin artması səbəbindən şəhərdə təhsilin onlayn keçirilməsinə qərar verdi" deyib.
İran rəsmisi qeyd edib ki, dövlət qurumunun ürək-damar və tənəffüs xəstəlikləri olan işçiləri də müəssisə qəbul edərsə, uzaqdan işləyə bilərlər.
Bildirilib ki, Tehranda hava keyfiyyəti indeksi təxminən 178 mikroqram/kubmetr olub, İsfahan, Əlburz və Ərdəbil şəhərlərində də oxşar tədbirlər görülüb.
İranda havanın çirklənməsi səbəbindən, xüsusən də qış aylarında Tehran başda olmaqla, böyük şəhərlərdə məktəblərdə əyani təhsil dayanır.
Xatırldaq ki, havanın keyfiyyəti indeksində bir kubmetr havada hissəciklərə (PM10) görə müəyyən edilən dəyərlər aşağıdakı kimi verilib: 0-50 təmiz hava (yaşıl), 51-100 orta (sarı), 101-150 həssas (narıncı), 151-200 qeyri-sağlam (qırmızı), 201-300 pis (bənövşəyi), 301-500 təhlükəli (qəhvəyi).