İraqın Baş nazirinə qarşı sui-qəsdə cəhd edilib

11:12 07.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İraqın Baş naziri Mustafa Əl-Kaziminin villasına dronla sui-qəsd təşkil olunub.

Hafta.az xarici mətbuata istinadla xəbər verir ki, Baş nazirin Bağdadın “Yaşıl bölgə” adlanan ərazisində yerləşən evinə dronla bomba atılıb.

Baş nazir tviter hesabında hücumu təsdiqləyib və sağ-salamat olduğunu bildirib.

Hadisə yerinə gələn xüsusi xidmət orqanlarının əməkdaşları xüsusi əməliyyata başlayıblar.