“Ermənistan son həftələr ərzində ikibaşlı bəyanatlar səsləndirir, qoşun, texnika və silahları Azərbaycan mövqeyinə yaxın ərazilərə cəmləyir. Eyni zamanda? Azərbaycanla sərhədə yaxın ərazilərdə yeni hücum silahları ilə təhciz olunan hərbi hissələr yaradır. Bütün bunlar Ermənistanın növbəti hərbi təxribatlara hazırlaşdığını deməyə əsas verir”.
Bunu hafta.az-a hərbi ekspert Ədalət Verdiyev son vaxtar Ermənistanın Azərbaycanla yeni müharibəyə hazırlıq görməsi ilə bildirib.
Ekspert deyib ki, Ermənistan nə qədər təxribatlar törətmək üçün hazırlansa da, Azərbaycanın artan hərbi gücü qarşısında heç bir nəticəyə nail olmayacaq.
O, qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev tərəfindən Silahlı Qüvvələrimiz qarşısında qoyulan ən vacib məsələlər artıq həllini tapıb: "Azərbaycanın ərazi bütövlüyü, sərhəd təhlükəsizliyi və suvrerenliyi ilk dəfə olaraq təmin olunub. Bu, eyni zamanda regionda sülh əldə olunması və kapitulyasiya imzalayan Ermənistana ilk dəfə olaraq özünün təhlükəsiziliyini təmin etmək üçün münbit şərait yaradıb. Onun fikrincə, bu gün Ermənistan nəinki hərbi təxribatlara hazırlanmalı, tarixdən nəticə çıxararaq, sülhün əldə olunmasında daha maraqlı olmalı, bu istiqamətdə çox ciddi addım atmalıdır".
Ekspert hesab edir ki, Azərbaycan qarşı tərəfin niyyət və məqsədlərini izləyir və görür. Ona görə də özünün ehtiyatını əldən vermir. Belə ki, baş verənləri və gələcəkdə mümkün ola biləcək təxribatları nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev ordu quruculuğu, ordunun təminatı, təchizatı, imkanlarımızın inkişaf etdirilməsini prioritet vəzifə kimi qarşıya qoyub və bunun da yerinə yetirilməsi üçün kifayət qədər ciddi addımlar atılır:
“Azərbaycan ordusunun türk ordu modelinə keçidi kifayət qədər uğurla davam edir. Bu istiqamətdə prosesin daha da inkişaf etməsi üçün döyüş hazırlığının və ordumuzun mənəvi psixoloji vəziyyətinin düzəlməsi üçün bir sıra ddımlar atılmaqdadır ki, onun da nəticələrini yaxın müddətdə müşahdə edəcəyik. Azərbaycan artıq hərbi hava qüvvələrinin, pilotlu aviasiya sistemlərinin yenilənməsinə başlayıb. İtaliyadan nəqliyyat, Pakistandan döyüş təyyarələri alınır. Digər tərəfdən, yaxın perspektivdə Türkiyədən “Qızıl Alma” pilotsuz döyüş vasitəsini əldə etmək ehtimalımız böyükdür. Hərbi dəniz qüvvələrində yeniliklər gözləməyə dəyər. Bizim güc struktiurlarında xidmət üçün nəzərdə tutulan təhsil müəssisələrinə qəbulun sayı artırılıb. Digər tərəfdən, Müdafiə Nazirliyinin tabeliyində 3 litsey açılıb ki, bunlar da ordumuzun imkan və potensialını daha üstün səviyyəyə çıxarmaq üçün atılan addımlardır. Bu addımlar onu göstərir ki, Azərbaycan gələcəkdə prioritet olaraq yalnız Qafqazın lider ölkəsi olaraq qalmaq niyyətində deyil. Artıq dünyada orta güc kimi tanınan və sürətlə ordusunu inkişaf etdirən nadir ölkələrdən biridir. Çünki Vətən müharibəsindəki qələbəmiz Azərbaycanın beynəlxalq arenada nüfuzunu kifayət qədər yüksəldib. Ermənistan yeni təxribatlara hazırlaşırsa, aldığı dərsdən nəticə çıxarmalıdır”.