Yazını böyüt
Yazını kiçilt
Misirin ikinci iri şəhəri olan İsgəndəriyyənin Vardian rayonunda səhər saatlarında binanın çökməsi nəticəsində 6 nəfərin öldüyü, 4 nəfərin yaralandığı açıqlanıb.
Hafta.az-ın yazdığına görə, Misir təhlükəsizlik mənbəsi və təcili yardım idarəsindəki başqa bir mənbə "Reuters" agentliyinə bildirib ki, çökən köhnə binada iki ailə yaşayırmış.
Misirin “Al Shorouk” qəzetinin xəbərinə görə, hadisə şahidləri dünən gecəyarısı eyvanlardan birinin çökdüyünü, “Al-Masry Al-Youm” qəzeti isə səhər saatlarında binanın tamamilə dağıldığını bildirib.
Məlumata əsasən, Qərbi İsgəndəriyyə rayonundakı bir məmur köhnə üçmərtəbəli binanın 2018-ci ildə sökülməsinə qərar verildiyini, amma indiyədək icra olunmadığını bildirib.