İsmayıllı sakinindən odlu silah götürülüb

18:38 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı sakinindən odlu silah götürülüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan hafta.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Zoğallıq kənd sakini Sənan Cavadovdan qanunsuz olaraq saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.

Oxunma sayı 39