İsmayıllıda 5 otaqlı ev yanıb

09:49 15.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunda yanğın baş verib.

Hafta.az Fövqəladə Hallar nazirliyinin saytına istinadla bildirir ki, İsmayıllı rayonunun Kəlbənd kəndində ümumi sahəsi 120 m² olan taxta konstruksiyalardan ibarət birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 180 m² olan tövlənin yanar konstruksiyaları, damına yığılan 25 ton ot bağlaması və yaxınlıqda həyətyanı sahədə 10 ton ot bağlaması yanıb.