İspaniya Ukraynaya 10 Leopard tankı göndərə biləcəyini açıqladı

19:03 23.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İspaniya hökuməti Ukraynaya vəd edilən altı tank əvəzinə on Leopard tankı göndərə biləcəyini araşdıracaq. Bu barədə cümə axşamı Krallığın baş naziri Pedro Sançes Kiyevə səfəri zamanı bildirib.

Cadena SER radiostansiyasının məlumatına görə, Nazirlər Kabinetinin rəhbəri deyib: “Biz altı Leopard 2 A4 göndərəcəyik”. “El Mundo” qəzetinin yazdığına görə, baş nazir Kiyevə “hava yardımı”nın göstərilməsi imkanlarını araşdırmağa da söz verib.

Bundan əvvəl İspaniyanın müdafiə naziri Marqarita Robles dəqiqləşdirib ki, krallığın hakimiyyəti bu ilin martın sonu və ya aprelin əvvəlində Kiyevə 6 tank köçürməyi gözləyir.