İsrail Hərbi Dəniz Qüvvələri Qırmızı dənizə dörd korvet göndərib

10:12 13.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrail Müdafiə Qüvvələri (IDF) Qırmızı dənizə dörd yeni Sa'ar 6 sinif korveti göndərib. Bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Qəzza zolağında qarşıdurmaların eskalasiyası başlayandan İsrail Hərbi Dəniz Qüvvələri quru əməliyyatı zamanı yüzlərlə hədəfi vurub və hərbçilərə dəstək verib.

Mətbuat xidməti dəniz hücum əməliyyatları üzrə ixtisaslaşmış yüzlərlə əməliyyatçıdan ibarət radikal Fələstin HƏMAS hərəkatının dəniz qüvvələrinin rəhbərlərinin əksəriyyətinin İsrail qüvvələri tərəfindən məhv edildiyini qeyd edib.

İsrail Hərbi Dəniz Qüvvələri həmçinin yəhudi dövlətinin və sahil zolağının strateji dəniz hədəflərinə hücum etmək üçün nəzərdə tutulmuş bir neçə pilotsuz sualtı qayığın qarşısını ala bilib.