İsrail qəzeti “HƏMAS”-ın İsrailə hücumunun Putinlə əlaqəsindən yazdı

15:51 04.12.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“HƏMAS”-ın 7 oktyabr 2023-cü ildə İsraildə törətdiyi qanlı qırğından sonra dünya və İsrail mediası Rusiya prezidenti Vladimir Putinin müxtəlif terror təşkilatlarının nümayəndələri, o cümlədən “HƏMAS” rəhbərliyi ilə daimi əlaqə saxlaması barədə dəfələrlə məlumat yayıb.

Hafta.az  İsrailin “9-cu kanal” portalına istinadla xəbər verir ki, yəhudi dövlətinin cənubunda qanlı hadisələrin başlamasından təxminən iki ay sonra yerli “Maariv” qəzeti Rusiya lideri ilə 7 oktyabr qətliamı arasında “inanılmaz əlaqə” aşkar edib.

“İndi gözləmədiyimiz bir təfərrüat üzə çıxır”, – deyə qəzet yazır.

Nəşr oxucularının diqqətini ona yönəldir ki, müharibə başlayandan sonra "HƏMAS" nümayəndələri Moskvanın dəvəti ilə Rusiya ərazisində Rusiya Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Həmçinin Rusiya vətəndaşı olan oğurlanmış şəxslərin bəziləri Rusiya prezidentinin şəxsi xahişi ilə azad edilib. Bundan başqa, “HƏMAS” Siyasi Bürosunun üzvü, xarici əlaqələr şöbəsinin rəhbəri Musa Əbu-Mərzuk Rusiyanın “RİA Novosti” agentliyinə açıq şəkildə bildirib ki, o, Rusiyanı bu terror təşkilatının yaxın dostu kimi görür.

“Sən demə,Putinin doğum günü məhz oktyabrın 7-nə, ölkənin cənubunda dəhşətli fəlakətin baş verdiyi günə təsadüf edir”,- yazan nəşr Rusiya liderinin yubileyi ilə terrorçuların İsrailə hücum etmək üçün seçdiyi tarix arasında açıq-aşkar əlaqəyə və həmin tarixin təsadüfən seçilmədiyinə işarə edir.

“Bunun doğru olub-olmaması hələ məlum deyil. Bununla belə, “Maariv” jurnalistlərinin qənaətlərində yenə də rasional məqam var, çünki strateji nöqteyi-nəzərdən Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı üçün daha yaxşı hədiyyə düşünmək çətindir: “HƏMAS”-ın İsrailə hücumu ilə başlayan qanlı hadisələr dünya ictimaiyyətinin, ən əsası isə həm Ukraynanın, həm də İsrailin ən nüfuzlu tərəfdaşı və müttəfiqi kimi ABŞ-ın diqqətini Yaxın Şərqdəki hadisələrə çevirdi. Müvafiq olaraq, dünya xəritəsində yeni qaynar nöqtənin yaranması Rusiya üçün çox faydalıdır, çünki bir müddət onun əsas düşməni Kiyevi “hamı unutdu”, -deyə İsrail portalı yekunlaşdırır.

Oxunma sayı 103