İsraildə 5-11 yaşlı uşaqlar peyvənd olunacaq

09:21 15.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsrail Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş nazirliyin ekspert şurasının 5-11 yaş arası uşaqlarda koronavirusa qarşı peyvənd etməyə başlamaq tövsiyəsini təsdiqləyib.

Hafta.az-ın məlumatına görə, bu barədə ölkə Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirib.

Bildirilib ki, bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək:

"Səhiyyə Nazirliyinin baş direktoru Naxman Aş 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd edilməsi ilə bağlı ekspert şurasının tövsiyəsini qəbul edib. Bu yaş qrupu üçün vaksinasiyanın başlama tarixi yaxın günlərdə müəyyən ediləcək".