Yazını böyüt
Yazını kiçilt
İsrail parlamenti (Knesset) terrorçular üçün ölüm cəzasının tətbiqi ilə bağlı qanun layihəsini ilkin oxunuşda təsdiqləyib. Bu barədə “Kan Reka” radiostansiyası məlumat yayıb.
Bundan əvvəl sənəd hökumətin qanunvericilik komissiyası tərəfindən təsdiq edilib. Orada qeyd olunur ki, irqçilik motivləri və ya müəyyən bir əhali qrupuna qarşı nifrətlə İsrailə zərər vermək məqsədi ilə qətl törədən hər bir şəxsə qarşı ölüm hökmü tətbiq edilməlidir.
Sənəd əlavə müzakirə üçün İsrail Təhlükəsizlik Kabinetinə təqdim olunacaq, bundan sonra o, birinci oxunuşda baxılmaq üçün Knessetə qayıtmalıdır.