“Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə sığorta haqlarının ödənilməsinin son müddəti bu il martın 16-da başa çatır”.
Bu barədə hafta.az-a Vergilər Nazirliyindən bildirilib. Verilən məlumata görə, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta haqqı üzrə hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” formasında təsdiq edildiyindən muzdlu işlə əlaqədar ödənilmiş vergi və məcburi dövlət sosial sığortası, həmçinin işsizlikdən sığorta üzrə ödənilmiş sığorta haqları barədə 2020-ci ilin I rübü üzrə bəyannamə qeyd edilən vahid bəyannamə formasında cari ilin aprel ayının 20-dən gec olmayaraq təqdim edilməlidir.
Nazirlikdən bildirilib ki, hüquqi şəxslərin mənfəət və əmlak vergisi, fiziki şəxslərin gəlir vergisi bəyannaməsinin təqdim edilməsinin və verginin ödənilməsinin son müddəti 31.03.2020-ci ildir.