İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) meqapolisi su ilə təmin edən bəndlərdə mövcud doluluq nisbətlərini paylaşıb.
Hafta.az-ın İSKİ-yə istinadən yazdığına görə, bəndlərdə doluluq 56,72 faiz təşkil edib. Dünən paylaşılan bəndlərin ortalama doluluq nisbəti yüzdə 57,1 olaraq ölçülüb. Bəndlərdə doluluq səviyyəsinin 60 faizdən aşağı düşməsi narahatlıq yaradıb.
Bəndlərdə ən yüksək su miqdarı yüzdə 70,05 ilə Terkos su anbarı, ən aşağı su miqdarı isə yüzdə 24,88 ilə Əlibəy su anbarı olub. Son günlərdə yağış səbəbiylə 83 faizə çatan bənd doluluq nisbətləri yağışın azalması ilə azalmağa başlayıb.
İSKİ-nin məlumatına görə, 4 avqust tarixinə İstanbulda bənd doluluq nisbətləri belədir:
Alibəy anbarı 24,88 faiz, Büyükçəkməcə anbarı 53,92 faiz, Darlık anbarı 59,55 faiz, Elmalı anbarı 62,6 faiz, İstrancalar anbarı 34,04 faiz, Kazandərə anbarı 26,36 faiz, Pabuçdərə anbarı 37,53 faiz, Terkos 70,05 faiz, Sazlıdərə anbarı 52,93 faiz, Ömərli anbarı 61,15 faiz.