İstanbulda iki sərnişin nəqliyyatı toqquşub

23:32 09.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İstanbulda iki şəhər avtobusu toqquşub. Nəticədə 42 nəfər xəsarət alıb.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, onlardan ikisinin vəziyyəti ağırdır.

Məlumata görə, hadisə İstanbulda yüksək sürətlə hərəkət edən metrobusların toqquşması nəticəsində baş verib. Şəhərin Avcılar bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Ali Yerlikaya yaralıların yaxın xəstəxanalara çatdırıldıqlarını bildirib.