İstanbullular təşvişdə: Sabah şəhərdə tufan qopacaq

12:10 15.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul valisi Davud Gül sabah səhər saatlarından etibarən şəhərdə gözlənilən şiddətli tufana qarşı ictimaiyyəti diqqətli və ehtiyatlı olmağa çağırıb.

Hafta.az-ın yazdığına görə, Vali Gül, sosial media hesabından verdiyi açıqlamada, İstanbulda küləyin şimal və şimal-şərq istiqamətlərindən güclü, bəzən isə tufan şəklində (saatda 50-80 kilometr) əsməsinin gözlənildiyini bildirib.

Vali Gül paylaşımında fırtına səbəbindən ağacların və dirəklərin aşması, damların uçması, nəqliyyatın axsaması kimi mənfi halların yarana biləcəyi barədə xəbərdarlıq edib. O, əhalinin meteoroloji xəbərdarlıqları nəzərə alaraq diqqətli olmasının vacibliyini vurğulayıb.

Valilik vətəndaşlara tövsiyə edib ki, tufan zamanı çölə çıxmasınlar, təhlükəsiz ərazilərdə qalaraq fövqəladə hallar üçün yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl etsinlər.