İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) şəhəri su ilə təmin edən anbarların ortalama doluluq nisbətinin aprelin 10-da 82,28 faiz olduğunu açıqlayıb. Əvvəlki gün bu nisbət 82,31 faiz olaraq ölçülüb. Məlumatlar göstərir ki, bəndlərdə suyun səviyyəsi ümumiyyətlə yüksəkdir və artım tendensiyası davam edir.
hafta.az-ın yazdığına görə, İSKİ-nin dərc etdiyi məlumatlarda deyilir ki, İstanbula su verən bəndlər arasında ən yüksək doluluq nisbəti yüzdə 98,85 ilə İstrancalar bəndində qeydə alınıb. Ən aşağı nisbət isə yüzdə 58,73 ilə Sazlıdərə Anbarında görülüb. Bu iki bənd arasındakı doluluq nisbətləri yüzdə 60 ilə 98 arasında dəyişir.
İSKİ-nin 10 aprel tarixli məlumatlarına əsasən, bəndlərdəki doluluq nisbətləri aşağıdakı kimidir:
Əlibəy anbarı 64,78 faiz, Büyükçəkməcə anbarı 75,47 faiz, Darlık anbarı 79,48 faiz, Elmalı anbarı 95,62 faiz, İstirancalar anbarı 98,85 faiz, Kazandərə anbarı 96,27 faiz, Pabuçdərə anbarı 94,84 faiz, Sazlıdərə anbarı 58,73 faiz, Terkos anbarı 83,2 faiz, Ömərli anbarı 94,54 faiz.