İstirahət mərkəzində yanğın olub

12:20 19.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xaçmaz rayonunun Nabran kəndində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 12 m² olan hamam otağının yanar konstruksiyaları, yaxınlıqda transformatorun yağı və sarğıları yanıb.

Hafta.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadın verdiyi xəbərə görə, yaxınlıqdakı koteclər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.