Türkiyənin NATO üzvlüyünə təsdiqini gözləyən İsveçdə baş naziri Ulf Kristersson üzvlük prosesindən danışıb və etiraf kimi açıqlama verib.
Ukrayna müharibəsindən sonra NATO-ya üzv olmaq üçün addımlar atan İsveç iyulda baş tutacaq sammitə göz dikib.
Alyansa üzvlük üçün Türkiyə ilə danışıqlar aparan İsveçin baş naziri Ulf Kristersson Finlandiyanın ölkəsindən əvvəl NATO-ya üzv olma ehtimalının artdığını bildirib.
Başqa sözlə, Kristerssonun fikrincə, İsveçdən əvvəl Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiqləmək imkanı artıb.
Ulf Kristersson, Stokholmda İsveçin NATO Üzvlük Baş Müzakirəçisi Oscar Stenström ilə keçirdiyi mətbuat konfransında, son həftələrdə baş verən hadisələrdən sonra Türkiyənin Finlandiyanın üzvlüyünü təsdiq edəcəyinin getdikcə aydınlaşdığını və İsveçlə bağlı qeyd-şərtlərinin davam etdiyini bildirib.
Kristersson buna baxmayaraq İsveçin NATO-ya üzv olacağına əmin olduğunu vurğulayıb.