İsveçrə öz silahlarının Rusiya və Ukraynaya tədarükünü qadağan edib

17:40 24.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveçrə öz silahlarının Rusiyaya və qismən də Ukraynaya ixracına qadağa qoyub, ölkənin İqtisadiyyat Nazirliyinin mesajında belə deyilir.

Məlumata görə, embarqo Aİ-nin səkkizinci sanksiyalar paketində yer alan tədbirlərə əlavə olaraq tətbiq edilir. Ölkənin Federal Şurası Rusiyaya silah tədarükünü qadağan etmək qərarına gəlib. Eyni zamanda, qadağa İsveçrənin neytrallığı səbəbindən qismən Ukraynaya şamil edilir, nazirliyin bəyanatında deyilir.

Agentlik onu da aydınlaşdırır ki, indiyədək İsveçrədə silah embarqosu hərbi təyinatlı mal və materiallara nəzarət üzrə qanunvericilik əsasında tətbiq edilib.

Bundan əlavə, ölkənin Federal Şurası Rusiya və Rusiya şirkətlərinə İT, mühəndislik, memarlıq, eləcə də hüquq xidmətləri sahəsində xidmətlərin göstərilməsini qadağan edib.

Oxunma sayı 1360