İtaliya Ukraynaya uzaqmənzilli raketlər ötürə bilər

17:45 21.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İtaliya hakimiyyətinin Ukraynaya hazırladığı yeddinci hərbi yardım paketinə uzaqmənzilli raketlər və pilotsuz təyyarələr daxil ola bilər, Corriere della Sera İtaliya hökumətindəki mənbəyə istinadən yazır.

Qəzetin qeyd etdiyi kimi, Romanın Kiyevə hansı texnikanı təhvil verəcəyi “Qərb tərəfdaşları ilə aparılan danışıqlardan sonra” bəlli olacaq. İndiyədək NATO ölkələri münaqişənin genişlənməsinin qarşısını almaq üçün müəyyən növ silahlar tədarük etməyib. Parlamentin təhlükəsizlik komitəsindəki mənbənin sözlərinə görə, bu şərt "heç vaxt açıq şəkildə nəzərdə tutulmayıb", lakin mövcuddur.

İtaliyanın Müdafiə Nazirliyindəki nəşrin həmsöhbətinin sözlərinə görə, arsenallardakı ehtiyatlar getdikcə azalsa da, ölkənin müdafiəsi üçün ehtiyata toxunmaq mümkün olmasa da, “Ukraynanın silah tələblərini təmin etmək imkanı hələ də var”.