İtaliyada COVID-19-a yoluxanların sayı 7 milyonu ötüb

09:38 08.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ötən gün İtaliyada koronavirusa yoluxanların sayı 108 min 304 nəfər artaraq ümumilikdə 7 milyon 83 min 762-yə yüksəlib.

Səhiyyə Nazirliyinin məlumatına görə, virusun qurbanlarının sayı isə 223 nəfər artaraq 138 min 697-yə çatıb.

Son 24 saat ərzində 492 min 172 test icra olunub. Aktiv COVID-19 xəstələrinin sayı 1 milyon 674 min 71, reanimasiya şöbəsində olan xəstələrin sayı 1499 nəfərdir. Virusdan sağalanların sayı isə 27 min 582 nəfər artaraq 5 milyon 270 min 994 olub.

İndiyədək ölkə əhalisinə ümumilikdə 114 milyon 135 min 237 doza peyvənd vurulub.