ABŞ-a təhvil vermək üçün Milanda ev dustaqlığında saxlanılan Artyom Uss 6-7 nəfərlik qrupun köməyi ilə ölkədən çıxarılıb.
Hafta.az-ın “La Repubblica” qəzetinı istinadən yazdığına görə, Krasnoyarsk qubernatorunun oğlu olan Artyom Uss ABŞ-da sanksiyaları pozmaqda və çirkli pulların yuyulmasında ittihamlanır.
Qəzet yazıb ki, İtaliya polisi Ussu qaçıran komandadan 4-5 nəfərin şəxsiyyətini müəyyənləşdirə bilib. Xəbərə görə, bu şəxslər Ussun ayağındakı qandalları çıxardıqdan sonra bir neçə saat ərzində onu qonşu Sloveniya ilə sərhəddə yerləşən Triest şəhərinə gətiriblər. İddialara görə, Artyom Uss əvvəlcə Sloveniyaya, daha sonra saxta pasportla Serbiyaya keçib və oradan da Rusiyaya uçub.
“La Repubblica” yazır ki, İtaliya polisi Ussun qaçmasında Rusiya xüsusi xidmət orqanlarının əli olduğuna inanır.