Yazını böyüt
Yazını kiçilt
Ağsu Rayon Polis Şöbəsi tərəfindən itkin kimi axtarılan qadının öldürüldüyü məlum olub.
Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Ağsu rayon sakini 33 yaşlı Aybəniz Abdullayeva Abşeron rayonunda qətlə yetirilib. Onun bu gün atası Nazim Əliyev tərəfindən öldürüldüyü müəyyənləşib.
Hazırda faktla bağlı araşdırma aparılır.