İyulun sosial ödənişləri bu tarixdə veriləcək

10:10 25.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.

Bu barədə hafta.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.