Rusiya Turoperatorları Assosiasiyası iyunun 1-dən Gürcüstana giriş qaydalarının dəyişdirilməsi ilə bağlı ruslara xəbərdarlıq edib. Bildirilir ki, artıq bu ölkəyə səyahət etmək üçün tibbi sığortadan keçmək məcburidir.
Hafta.az-ın Apsny.ge-yə istinadən yazdığına görə, qeyd olunur ki, 10 günlük sənəd 1,5-3 min rubla alına bilər. Bu, səhhətində problemlər yarandıqda 5 min dollara qədər ambulator müalicə xərclərini kompensasiya etmək üçün kifayətdir.
Həmçinin sığorta xidmətləri paketinə 30 min dollara qədər xəstəxanada müalicə xərclərinin əhatə dairəsi daxil edilməlidir.
Tibbi sığorta sənədi olmadan Gürcüstana daxil olmaq cəhdi 300 lari (10200 rubl) məbləğində cərimə ilə nəticələnəcək. Əgər vaxtında ödənilməsə, 600 lari (20400 rubl) əlavə cərimə tətbiq olunacaq. Bundan əlavə, bir ay ərzində cərimə ödənilməsə, 900 lari, yəni təxminən 30600 rubl ödəməli olacaqsınız.
Səfərdən ən geci 5 gün əvvəl sığorta sənədi vermək daha yaxşıdır. Bu, Gürcüstanla sərhəddə yarana biləcək problemlərdən maksimum dərəcədə sığortalanmağa imkan verəcək.