Netflix izləyiciləri mükafatlı aktyorun baş rolda oynadığı yeni “Eric” serialının yayımlanması ilə dəli olublar.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, yeni seriya Nyu-Yorkun aparıcı uşaq proqramı olan “Good Day Sunshine” uşaq şousunun yaradıcısına yönəlib.
“Eric” trillerində Benedikt Kamberbatç 9 yaşlı oğlunun məktəbə gedərkən yoxa çıxması ilə həyatı alt-üst olan Vinsent adlı atanı canlandırır.
Netflix, 18 yaşdan kiçiklər üçün uyğun olmadığını bildirdiyi serialın süjetini belə xülasə edir: “Çarəsiz ata, qətiyyətli bir polis məmurunun müşayiəti ilə 1980-ci illərdə Nyu York küçələrində itkin düşən 9 yaşlı oğlunu axtarır və öz problemləri ilə mübarizə aparır".
Cümə axşamı serialın yayım platformasına düşməsindən sonra pərəstişkarları məşhur aktyorun performansını yüksək qiymətləndiriblər.
İzləyicilər daha əvvəl Şerlok Holms obrazını canlandıran 47 yaşlı “Avengers” ulduzunun çıxışını şərh etmək üçün sosial şəbəkələrə axışıblar.
Bir istifadəçi yazdı: "Netflix-də “Eric” əsl incidir! Benedikt Kamberbatç bunu yenidən etdi".
Başqa bir tamaşaçı britaniyalı aktyoru tərifləyərək deyib: "Bir çox tamaşaları ilə heyran olmuş Benedikt Kamberbatçın böyük pərəstişkarı kimi səmimiyyətlə deyirəm ki, o, “Eric”də Vinsent Anderson rolunda indiyə qədər ən yaxşı performansını göstərdi".
Netflix-in rəsmi saytında yayımlanan müsahibəsində serialdan danışan aktyor Vinsentin səyahətini “6 seriya davam edəcək böyük bir macəra” kimi qəbul etdiyini bildirib.
Oskar namizədi, üç uşaq atası, övladlarının onun həyatında bir dayaq rolunu oynadığını bildirib və Vinsent obrazını canlandırmanın çətin bir təcrübə olduğunu etiraf edib.