İzyumda 436 cəsədin hamısının eksqumasiyası başa çatıb

20:01 23.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Xarkov vilayətinin İzyum şəhərində rus qoşunları getdikdən sonra orada aşkarlanan məzarlardan meyitlərin eksqumasiyası başa çatıb.

Hafta.az bildirir ki, ümumilikdə 436 cəsəd eksqumasiya edilib, onların əksəriyyətində zorakı ölüm, 30-da işgəncə izləri var.

"Ölənlərin əksəriyyəti mülki şəxslər, 21-i hərbçilərdir. Boyunlarına kəndir asılmış, əlləri bağlı, əzaları sınmış, güllə yaraları olan meyitlər var. Bir neçə kişinin cinsiyyət orqanı amputasiya olunub".

Sinegubovun sözlərinə görə, İzyumdakı kütləvi məzarlıq tək deyil.

"Bu ərazidə ən azı daha 3 belə yer aşkar edilib, Xarkov vilayətinin işğaldan azad edilmiş digər şəhərlərində də dəfnlər var. Hazırda yoxlama və minalardan təmizləmə işləri aparılır".

Oxunma sayı 2104