Yazını böyüt
Yazını kiçilt
Aİ müşahidəçiləri Ermənistan Müdafiə Nazirliyinin onların nəqliyyatının Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı xəbərini təkzib ediblər.
"Aİ missiyasının heç bir patrulu atəşə məruz qalmayıb. Biz Ermənistan-Azərbaycan sərhədinin sərhədyanı ərazilərində patrul edirik və Brüsselə hərbi insidentlər, o cümlədən məsuliyyət zonamızda baş verən atışma hadisələri barədə məlumat veririk", - missiyanın mikrobloqu yazır.
Qeyd edək ki, çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyi avqustun 15-də səhər saat 12:20 radələrində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin patrul xidməti həyata keçirən Avropa İttifaqının müşahidəçiləri və onların avtomobili istiqamətində atıcı silahlardan atəş açdığına dair yalan məlumat yaymışdı.