Yazını böyüt
Yazını kiçilt
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib ki, Avropa İttifaqı Ukraynaya kömək etməkdən yorulmaqdan danışmamalıdır.
“Əgər biz ukraynalılar yorulmuruqsa, Avropanın qalan hissəsinin yorulmağa nə mənəvi, nə də siyasi haqqı yoxdur” deyən nazir, Rusiyaya qarşı növbəti, doqquzuncu sanksiyalar paketinin “maksimum dərəcədə güclü” olmasına çağırıb.
Daha əvvəl “Politico” diplomatik dairələrdəki mənbələrə istinadən yazıb ki, doqquzuncu paket çərçivəsində Aİ sanksiyalara məruz qalan rusların siyahısını xeyli genişləndirə bilər.