Yazını böyüt
Yazını kiçilt
Politico Avropa Komissiyasının daxili sənədinə istinadən xəbər verir ki, Avropa İttifaqı Rusiyanın 68 milyard avroluq aktivlərini dondurub.
Qəzet yazır ki, aktivlərin əsas hissəsi Belçika (50 milyard avro) və Lüksemburqda (5,5 milyard avro) dondurulub. Dondurulmuş aktivlərin 90%-dən çoxu Avstriya, İrlandiya, İtaliya, Fransa və Almaniyanın payına düşür.
Eyni zamanda, 33,8 milyard avroya münasibətdə Rusiya Federasiyasının milli ehtiyatları haqqında danışmaq olar, lakin hələlik dəqiq rəqəm bildirilməyib.