Aİ Rusiyaya bu sahədə uduzur

17:45 19.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya qlobal nəqliyyat dəhlizləri uğrunda mübarizədə Aİ ölkələri qarşısında lazımi üstünlük əldə edib. “Railfreight” xəbər verir ki, Kreml Moskva-Mumbay nəqliyyat dəhlizinin imkanlarını iki dəfə artırmaqla Asiya ölkələri ilə nəqliyyat imkanlarını genişləndirmək niyyətindədir.

“Rusiya Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin (INSTC) imkanlarını artırmaq istəyir. Rusiya və Hindistan arasında dəhlizin bütün qollarının tam potensialda gücü ildə 14 milyon ton təşkil edir. Rusiya hökuməti bu rəqəmi ildə 32 milyon tona çatdırmaq istəyir”, - məqalədə deyilir.
Eyni zamanda, Avropa hakimiyyətinin Rusiyanın şimal dəmir yolu marşrutundan istifadədən imtina etmək və onun Mərkəzi Asiyada “Orta Dəhliz” adlandırılan marşrutla əvəz etmək qərarına görə Aİ Rusiyanın Asiya nəqliyyat dəhlizi uğrunda mübarizəsini uduzmaq riski ilə üzləşir. Bununla belə, iki nəqliyyat dəmir yolunun tutumu mütənasib deyil, Railfreight deyir.

“2021-ci ildə Rusiya marşrutu ilə 1,5 milyon TEU daşınıb. 2022-ci ilin sonuna qədər Orta Dəhlizin ötürmə qabiliyyəti ən yaxşı halda 80 000 TEU-ya çatacaq ki, bu da onun maksimum 100-120 000 TEU ötürmə qabiliyyətindən çox da uzaq deyil. Aydındır ki, iki marşrut arasındakı həcm fərqi aşılmazdır”, - qeyddə deyilir.