ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub

21:21 05.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-da ilk seçki məntəqəsində səsvermənin nəticəsi məlum olub.

Hafta.az-ın məlumatına görə, Kanada ilə sərhəddə yerləşən Nyu Hempşir ştatının Diksvil Notç kəndində yaşayan 6 nəfərdən 3-ü Kamala Harrisə, 3-ü Donald Trampa səs verib. 2020-ci il seçkilərində qeydiyyatda olan 5 seçicinin hamısı Co Baydenə səs vermişdi.

Məlumata əsasən, kənddə yaşayan 6 sakindən 4-ü Respublikaçılar Partiyasının üzvü, digər 2 nəfər müstəqil seçicidir.