ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər

11:42 19.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı göstəriş verib.

Ağ Ev administrasiyası yaxın aylarda ABŞ vətəndaşlarının hüquqi statusu olmayan ərlərinin (arvadlarının) daimi yaşayış hüququ və ölkəni tərk edib qayıtmağa ehtiyac qalmadan vətəndaşlıq üçün müraciət etmələrinə icazə verəcək.

Prezident Co Baydenin qərarı təxminən 500 min nəfəri əhatə edəcək. Bu tədbir ABŞ-da miqrantların son onilliklərdə ən geniş federal müdafiəsi hesab edilir və seçki prosesində hazırki prezidentin xeyrinə işləyəcəyi ehtimal olunur.

Qeyd edək ki, bu yaxınlarda Co Baydenin cənub sərhədlərini bağlamaqla bağlı kəskin qərarı ölkədə geniş narazılığa səbəb olmuşdu.