ABŞ Dövlət Departamenti davamlı haker hücumları ilə əlaqədar kiberbüro yaradacaq

23:28 26.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Dövlət Departamenti artan haker hücumları ilə əlaqədar Kiberməkan və Rəqəmsal Siyasət üzrə Büro yaratmağı planlaşdırır.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib ki, büroya Senat tərəfindən təsdiq edilmiş xüsusi tapşırıqlar üzrə səfir rəhbərlik edəcək. Bu il hakerlər bir çox Amerika şirkətlərinə hücum ediblər. Belə hücumlardan biri “Colonial Pipeline” boru kəməri operatoruna qarşı həyata keçirilib və ABŞ-ın şərq sahillərində müvəqqəti yanacaq çatışmazlığına gətirib çıxarıb. Hakerlər, həmçinin Ayova ştatından olan kənd təsərrüfatı şirkətinə hücum ediblər, bu da Orta Qərbdə taxıl yığımında fasilələrlə əlaqədar narahatlığa səbəb olub.

Qeyd edək ki, iki həftə əvvəl Maliyyə Nazirliyi bu ilin ilk altı ayı ərzində ABŞ-da şantajçı hakerlərə ümumilikdə 590 milyon dollar məbləğində ödəniş edildiyini bəyan etmişdi.

Oxunma sayı 23