ABŞ Finlandiyadakı 15 hərbi bazaya giriş əldə edəcək

17:08 14.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ ordusunun Finlandiyadakı 15 bazasına çıxışı olacaq. Bu barədə Helsingin Sanomat məlumat yayıb. Nəşrin məlumatına görə, Amerika ordusu üçün bazaların açılması Vaşinqton və Helsinki arasında DCA (Müdafiə üzrə Əməkdaşlıq Sazişi) şərtləri ilə nəzərdə tutulub.

Finlandiyanın xarici işlər naziri Elina Valtonen böhran vəziyyətində iki ölkə arasında müdafiə sazişinin həyati əhəmiyyət daşıya biləcəyini qeyd edib.

Noyabr ayında AB-nin xarici sərhəd təhlükəsizliyi agentliyi Frontex Rusiya ilə sərhəd nəzarətini gücləndirmək üçün Finlandiyaya işçilər göndərib.