“Defence News” yeni federal hesabata istinadən yazır ki, çox sayda ABŞ hərbi təyyarəsi hazırlıq testindən keçə bilməyib.
Məqalə müəllifinin sözlərinə görə, ABŞ Hesablama Palatası Amerika hərbi aviasiyasının əsas hissəsini təşkil edən Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusu təyyarələrinin 49 növünü “missiyaya hazırlıq nisbəti”, yəni təyyarələrin döyüş qabiliyyətini öyrənib.
“Audit zamanı məlum olub ki, tədqiq edilən təyyarələrin yarısından çoxu tələblərə cavab vermir, baxmayaraq ki, Pentaqonun hər il onların texniki xidmətinə on milyardlarla dollar xərcləyir”, - materialda qeyd edilir.
Hesabata görə, təkcə 2020-ci ildə hərbi təyyarələrin istismarı və dəstəklənməsi üçün təxminən 54 milyard dollar xərclənib.
Jurnalistin fikrincə, Amerika aviasiyasının əsas problemləri kadr çatışmazlığı, kritik elementlərin istehsalında gecikmələr, plandankənar texniki xidmət, həmçinin ABŞ təyyarələrinə xidmət göstərə bilən şirkətlərin sayının azalması olub.