ABŞ-ın aviazərbələri İranda azı 35 can aldı

08:09 16.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənub bölgələrinə son sutka ərzində endirdiyi aviazərbələr nəticəsində azı 35 dinc sakin həlak olub.

Hafta.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kərmanpur məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 00:00-a olan məlumata əsasən, hava hücumları nəticəsində 35 mülki şəxs həyatını itirib.

Hüseyn Kərmanpur həlak olanların sayının artmasının istisna edilmədiyini bildirib.