ABŞ-ın birinci xanımı Ukraynada olub

18:14 08.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın birinci xanımı Cill Bayden Ukraynada səfərdə olub.

Hafta.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Cill Bayden Ukraynaya elan edilməmiş səfər edib.

Zakarpatye Vilayət Şurasının “Tpelegram”-da paylaşdığı məlumatda isə qeyd olunub ki, Cill Bayden mayın 8-də Ujqorodda səfərdə olub, Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

Cill Baydan Uşqorodda 47-i uşaq olmaqla, 163 ukraynalı məcburi köçkünün məskunlaşdığı 6 saylı məktəbə də baş çəkib.