ABŞ-ın yeni Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib - FOTO

21:06 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, mərasimdə məşhur müğənni Ledi Qaqa Birləşmiş Ştatların himnini ifa edib.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib.

Donald Tramp inauqurasiyanı gözləmədən Ağ Evi tərk etdiyinə görə hakimiyyəti yeni komandaya vitse-prezident Mayk Pens ötürüb.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri ötən il noyabrın 3-də keçirilib.

Demokratları təmsil edən 78 yaşlı Cozef Bayden ABŞ-ın 46-cı Prezidentidir.