ABŞ-İran müzakirələri bu gün başa çata bilər

08:49 22.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ ilə İran arasında İsveçrədə yüksəksəviyyəli müzakirələrin bazar ertəsi günü başa çatması və texniki heyətin əlavə danışıqlar aparmaq üçün qalması gözlənilir.

Hafta.az xəbər verir ki, bu barədə “Reuters” ABŞ diplomatı olan mənbəyə istinadla yazıb. Mənbə bildirib ki, İran nümayəndə heyəti getməyib və gecə boyu görüşüb danışıqlar aparıblar.

“Biz boğaz, Livan, nüvə məsələləri və Anlaşma Memorandumunun həyata keçirilməsinin təfərrüatları və digər mövzular barədə danışdıq”,- deyə ABŞ diplomatı qeyd edib.