ABŞ parlamentinin demokrat üzvü Aleksandria Okasayo-Kortez Milad mesajında qəzzalıların yaşadıqlarını izah edib və onları İsa peyğəmbərə bənzədib.
Hafta.az-ın yazdığına görə, Okasayo-Kortez İnstaqram hesabındakı paylaşımda, "İsa bugünkü Fələstin torpaqlarında günahsız insanları qətlə yetirən bir hökumətin təhdidi altında doğulub. O, vicdansız bir liderin hakimiyyətini saxlamaq üçün heç bir fərq qoymadan hədəfə alınan bir cəmiyyətin parçası idi" deyib.
Hz. İsanın yaşadıqlarını aələstinlilərin bu gün yaşadıqları ilə müqayisə edən ABŞ siyasətçisi deyib: "Məryəm və Yusif zorakılıq səbəbilə yerindən-yurdundan didərgin düşdülər və yeni doğulan körpə ilə Misirdə qaçqın həyatı yaşamağa məcbur oldular. Onlar bir gün evlərinə qayıtmağı gözlədilər. Min illər sonra sağçı qüvvələr Beytləhmə gəldi. Bugünkü fələstinlilər İsrailin işğalından sonra oxşar hekayələr yaşadılar, o qədər ki, Beytlehemdəki xristianlar həm təhlükəsizlik, həm də hörmət səbəbi ilə bu il Milad bayramlarını ləğv etdilər".
Aleksandria Okasayo-Kortezin Milad mesajı Amerika ictimaiyyəti tərəfindən reaksiya ilə qarşılanıb. Arkanzasın keçmiş qubernatoru Mayk Hukabi demokrat siyasətçinin Milad mesajını “tamamilə cahillik” adlandırıb. Hukabi, "o, bildiyi şeylərə diqqət etməlidir. Məsələn, barmenlik. Çünki o, Yaxın Şərq, İsa, yəhudilər və İsrail dövlətinin tarixi haqqında zərrə qədər bir şey bilmir" deyib.
Aleksandria Okasayo-Kortez Demokratlar daxilində sol qanadın ən əhəmiyyətli nümayəndələrindəndir və Qəzza müharibəsi başlayandan bəri Fələstinyönümlü mövqeyi və atəşkəs çağırışları ilə diqqət çəkib.