Yazını böyüt
Yazını kiçilt
ABŞ Respublikaçılar Partiyasının üzvləri 2022-ci ildə keçiriləcək aralıq Konqres seçkilərində uğur qazansalar, prezident Co Baydenə qarşı impiçment prosedurlarına başlamağa hazırdırlar.
Trend-in məlumatına görə, bu barədə "Newsweek" jurnalı xəbər verib.
Məlumata əsasən, bir sıra respublikaçılar artıq С.Baydenin səlahiyyətlərinin götürülməsinə başlamaq niyyəti barədə xəbərdarlıq ediblər. Respublikaçılar nümayəndələrinin, C.Baydenin oğlu Hunterlə bağlı qalmaqallar və ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması da daxil olmaqla, impiçment axtarmaq üçün tutarlı səbəbləri var.