Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Trampın kiçik qardaşı Robert Tramp şənbə günü dünyasını dəyişib.
Hafta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
ABŞ lideri 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib:
"Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat uyu".
Qeyd edək ki, NBC telekanalı 71 yaşlı Robert Trampın ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat vermişdi. Hansı sağlamlıq problemlərindən söhbət getdiyini bildirilməyib.