ABŞ Qəzzanın sərhədlərinin dəyişdirilməsinə yol verməyəcək - Bayden

14:05 23.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Bayden dünən- noyabrın 22-i axşam Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı aparıb. O, girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmasında göstərdiyi köməyə görə Misir liderinə təşəkkür edib. Tərəflər Qəzzaya humanitar yardımın artırılmasını müzakirə ediblər.

Hafta.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.

Amerika lideri vurğulayıb ki, Birləşmiş Ştatlar heç bir halda “fələstinlilərin Qəzzadan və ya İordan çayının qərb sahilindən zorla çıxarılmasına, Qəzzanın blokadaya alınmasına və ya zolağın sərhədlərinin yenidən çəkilməsinə icazə verməyəcək”.

O, həmçinin diqqətə çatdırıb ki, Qəzza heç bir halda "HƏMAS" üçün sığınacaq olaraq qala bilməz ki, bundan sonra İsrail və fələstinliləri təhdid edə və sülh səylərinə zərbə vura bilər.

Bayden Fələstin dövlətinin yaradılmasına sadiqliyini bir daha təsdiqləyib və bunun üçün şəraitin formalaşmasında Misirin xüsusi rolunu etiraf edib.